Qazaxıstanın Çinlə sərhəd bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Seysmik Stansiyalar Şəbəkəsinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Jarkent şəhərindən 70 km şimal-şərqdə, Çin və Qazaxıstanın sərhəd bölgəsində yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.