Bu gün Azərbaycan Nəşriyyatında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olan, XTD baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun anım günü keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin sədri şair, publisist Güllü Eldar Tomarlı açdı və İsmayıl Qəsəbovun ömür yolundan, döyüş yolundan danışaraq qeyd etdi ki, belə bir igidin ömür yolu gənclər və yeniyetmələr üçün əsl örnəkdir. İlk sözü şəhid İsmayıl Qəsəbovun döyüş yoldaşı Rasim Yaxinə verdi. Rasim Yaxin şəhid İsmayıl Qəsəbovla olan xatirələrindən danışdı.
Tədbirdə çıxış edən qazi Aidə Şirinova, şəhidin əmisi qızı İlhamə Qəsəbova, Esmira Rəhimova, şair Vüsal Ağa 44 günlük Vətən müharibəsindən danışdılar və bütün şəhidlərimizə rəhmət, qazilərimizə allahdan şəfa dilədilər.
İsmayıl Qəsəbovun ömür-gün yoldaşı Lalə xanım öz çıxışında nə qədər çətin olsa da, qürur diyduğunu söylədi.
Sonda tədbir iştirakçılarına şəhid Qəsəbov İsmayıla həsr olunmuş sənədli filim təqdim olundu.