Qırğız Respublikasında 139 vebsayt bağlanıb.
“Report” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Otkurbek Camşitov parlamentin iclasında bildirib.
Onun sözlərinə görə, həmin saytlar məhkəmənin qərarı ilə bağlanıb.
“130 vebsayt və 220 vebsəhifə bağlanıb. Bu istiqamətdə fəaliyyətimiz davam edir”, – Otkurbek Camşitov vurğulayıb.