Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin kütləvi saxlanmasını həyata keçirir.
“Report” xəbər verir ki, bu barədə yerli KİV-lər mənbələrə istinadən məlumat yayıb.
Həmin şəxslərin hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı bildirilir.
Saxlanılanların adları, həmçinin, onların hansı siyasətçilərlə əlaqəli ola biləcəyi açıqlanmır.