Almatının 43 km şərqində yerləşən Esik kurqanı İssıq məzarlığının güneyində yerləşir. Burada 1970-ci ildə dörd kurqanda qazıntı işlərinə başlanılır… …Taxta bir tabut içərisində dəfn olunmuş Altun tigin(prins) aşkar edilir. Onun yanında, üzərində yazılar olan çanaq vardı. Əlində də bir üzük vardı. Altun tiginin(prinsin) geyimi başından corabına qədər, o cümlədən kəməri və qılıncı da saf qızıldan idi. Cəsədin corabı ilə diz sümüyü arasında üçbucaq və dördbucaq şəkilli 4800 parça qızıl vardı. Bu, dünyada firon Tutanhamonun qəbrindən tapılan qızılların sayından sonra ikincidir. Döyüşçünün köynəyi əsasən qızıl ox uclarından və qızıldan tökülmüş şir başından ibarətdir. Qızıldan düzəldilmiş boyunbağı üst-üstə dörd dəfə dolanıbdır. Barmağında iki qızıl üzük vardır ki, bunların birinin üzərində börklü bir kişi motivi işlənibdir. Bu üzüklər alimlərdə cəsədin xaqan və ya tigin (prins) olma ehtimalını yaradır. Tiginin üst geyimi qırmızıya boyanmış dəridən ibarətdir, üzərində yırtıcı heyvan rəsmləri və dördbucaqlı formalı qızıllar yer almaqdadır. Dəridən hazırlanan şalvarının eni 20-25 sm-dir. Uzunluğu bir metrə yaxın olan kəməri dördbucaq formalı 16 parça qızıldan ibarətdir, üzərində 3 böyük yatmış formada təsvir edilmiş keyik və kiçik keyik rəsmləri yerləşir. Ayaqqabısı keçədən düzəldilmiş və üzəri üçbucaq formalı qızıllardan ibarətdir. Tiginin başına taxdığı 60-65 sm hündürlüyündəki börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, bu börk bir sıra türk xalqlarına məxsus olan bir geyimdir və üzərindəki əşyalar da totem (onqon) xarakterlidir. Börkdəki əşyaların təsvirləri bunlardır: dağ qoyunu (arxar), iribuynuzlu dağ keçisi, qanadlı at, quş qanadı (4 ədəd), aslan (4 ədəd), aslan dağda, şir başı (6 ədəd), at (2 ədəd), dağ keçisi (5 ədəd), quş heykəlləri (5 ədəd), diadema (tacşəkilli başlıq), kiçik quş qanadı (2 ədəd), uzun quş qanadı (4 ədəd), yarpaq (5 ədəd), kiçik yarpaq (7 ədəd), ox (4 ədəd), dağ zirvəsi (4 ədəd), ağac (5ədəd) və s. Cəsədin sağ tərəfində qırmızı taxtadan bir qın içində qızıl qəbzəli dəmir qılınc mövcuddur. Bədəni ilə sol əli arasında taxta və dəri qını olan bir xəncər yerləşir. Sol dirsəyinin yanında ucu qızıldan olan bir ox, daha yuxarıda bir qamçı, içərisində tunc bir güzgü ilə qırmızı boya olan ipək çanta vardır. Bunlarla yanaşı məzardan tabaqlar, vazalar, güzgü və daraq qabları, gümüş qaşıqlar çıxır. Eyni zamanda