Qızılın qiyməti dünya bazarlarında tarixi maksimuma çatıb.
“Report” xəbər verir ki, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) metalın bir troy unsiyasının qiyməti tarixdə ilk dəfə 2 150 ABŞ dollarını ötüb.
Yeni qiymət 2 154,3 ABŞ dolları təşkil edir.