Türk.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini 1964-cü il təvəllüdlü Quliyeva Reyhan Məhərrəm qızının səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılmış, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməmişdir.
Daxil olmuş məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil vermişlər.
Əməliyyat başa çatmışdır.