020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin “Dağlıq Qarabağ respublikasında” keçirilmiş qondarma “prezidentin” qondarma “seçkiləri” ilə bağlı səsləndirdiyi fikir böyük bir reallıqdır. “Seçkilərdən” sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu qondarma “seçkiləri” tanımadı. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə, ümumiyyətlə, dünyanın demək olar ki, mütləq əksəriyyətini özündə çəmləşdirən beynəlxalq təşkilatlar bu “seçkilərin” nəticəsini tanımadı. Bu bir reallıqdır. Bu Azərbaycan rəhbərliyinin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlarla sağlam təməllər üzərində qurulmuş əlaqələrin, münasibətlərin nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.
“Təbii ki, bu qondarma “seçkilər” Ermənistanın münaqişə ilə bağlı mövqeyinə böyük zərbə oldu. Bütün bu təşkilatların “seçkiləri” tanımaması Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunun qəbul edilməsi deməkdir. Prezident öz çıxışında onu da vurğuladı ki, beynəlxalq təşkilatlar arasında yalnız Avropa Şurası Parlament Assambleyası susdu. Bütün təşkilatların, o cümlədən Avropa təşkilatlarının bu seçkiləri tanımadığı, tanımaması ilə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul etdiyi bir zamanda Avropa Şurası Parlament Assambleyasının susması əslində bir çox suallara aydınlıq gətirir.
Xatırlatmaq istəyirəm ki, artıq uzun illərdir biz bütün beynəlxalq konfranslarda, beynəlxalq təşkilatkarın iclaslarında haqq səsimizi duyururuq, Avropa Şurası Parlament Assambleyasının bütün iclaslarında nümayəndə heyətimiz öz torpaqlarında məcburi köçkün həyatı yaşamağa məhkum olmuş soydaşlarımızın tapdanmaqda olan hüquqlarından danışır… Nəticə göz qabağındadır, məncə əlavə şərhə ehtiyac yoxdur…”, -deyə Ülviyyə Ağayeva vurğulayıb.