Qrant müsabiqələri barədə infosessiyalara başlanılıb

Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiyaya başlanılıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və digər məsul şəxslər iştirak edib.

Görüşdə suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.

İnfosessiyalar davam etdiriləcək.

ƏvvəlkiMərkəzi Seçki Komissiyasının iclası keçirilib
NövbətiSumqayıtın 75 illiyi konsert və atəşfəşanlıqla qeyd edilib