Qubanın Qrız kəndinə 11 santimetr qar yağıb

Noyabrın 5-i axşam saatlarından başlayaraq Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperatur mənfi 6 dərəcəyədək enib.

Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 11 santimetrə çatıb.

Əvvəlki“Telegram” 200 və ya daha çox istifadəçidən ibarət qruplarda ayrıca çatlar yaratmağa icazə verib
NövbətiSabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq