Qüdsün mərkəzində avtomobil bir qrup piyadanın üzərinə sürülüb, bir neçə nəfər xəsarət alıb, avtomobilin sürücüsü yerindəcə zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
“Qüdsün Aqrippa küçəsində sürücünün yoldan keçənlərin üzərinə sürməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində bir neçə qurban var. Şübhəli zərərsizləşdirilib, hadisə yerinə böyük polis qüvvələri cəlb edilib”, – məlumatda deyilib.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, insident Qüds şəhərinin mərkəzində ən sıx alış-veriş yerlərindən biri olan Mahane Yehuda bazarının yaxınlığında baş verib.