Quterreş Hindistan və Pakistan liderlərini qarşıdurmadan çəkinməyə çağırıb

BMT Baş katibi Antonio Quterreş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı aparıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, danışıqlar Hindistan və Pakistan arasında artan gərginliyin qarşısının alınması məqsədilə aparılıb.

Baş katib söhbət zamanı aprelin 22-də Cammu və Kəşmirdə baş vermiş terror hücumunu qətiyyətlə pislədiyini bir daha vurğulayıb.

O, hücumlara görə ədalətin və hesabatlılığın hüquqi yolla təmin edilməsinin vacibliyini önə çəkib.

Baş katib Hindistan və Pakistan arasında artan gərginlikdən dərin narahatlığını ifadə edərək, faciəli nəticələrə səbəb ola biləcək qarşıdurmadan çəkinməyə çağırıb. O, gərginliyin azaldılması səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

ƏvvəlkiNaxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
NövbətiAK İspaniyada enerji kəsintisini hərtərəfli araşdıracaq