Anklavın cənubunda yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə sərnişin nəqliyyatının hərəkəti və Qəzza zolağına humanitar yardımın çatdırılması dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail əsgərləri nəzarət-buraxılış məntəqəsinə hücum etməyə başlayıblar.
“Əl Mayadeen” telekanalının məlumatına görə, İsrail əsgərləri və ağır hərbi texnikası Fələstin tərəfdən Rəfah keçid məntəqəsinin ərazisinə daxil olub, bundan sonra onun işi tamamilə dayandırılıb.