Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb.
“TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüş keçirdim. TRASEKA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələri və gələcək inkişaf perspektivlərini müzakirə etdik.”- o qeyd edib.