Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Behbudova özünün sosial şəbəkə paylaşımı ilə ermənilərin hücumuna məruz qalıb.
Əməkdar artist ermənilərin ünvanına sərt sözlər səsləndirib, bu isə ermənilərin xoşuna gəlməyib: “Siz kimsiniz? Kimsiniz axı? Njdenin nəvələri… Siz kimsiniz axı, faşistlərin toxumu?! Sizin heç şərəfiniz də yoxdur… yoxdur! Şərəfli millət, insanlar başqasının dəyərlərini heç vaxt mənimsəməz. Bu şüurun itirilməsidir. Siz dünya xalqlarının etnik dəyərlərini oğurlayırsınız. Siz oğurlayırsınız. Sizin şərəfiniz haradadır? Naməlum millət, siz hardan peyda olmusuz? Qafqazlı? Niyə xristiansınız! Pravoslav musiqisi əvəzinə niyə Azərbaycan musiqisi səsləndirirsiniz? Sizdə xristianlıqdan əsər-əlamət yoxdur! Nə istəyirsiniz?! Torpaqlarımızı sülh yolu ilə qaytarın! Heç kimin qanını tökmədən… qaytarın…”.
Ermənilər sözügedən paylaşımı kütləvi surətdə şikayət edərək “Facebook”dan sildiriblər. Həmçinin Rəşidə xanımın sosial şəbəkədəki hesabında bir sıra əməliyyatları icra etməsi bloklanıb.