Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.