ABŞ-ın Respublikaçılar partiyası noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini rəsmən irəli sürüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Respublikaçılar partiyası müvafiq qərarı bazar ertəsi Şarlott şəhərində (Şimali Karolina) keçirilmiş ümummilli qurultayında səsvermənin nəticələri əsasında qəbul edib.