Bu gün Bakıda “Resurs gəlirlərinin idarəolunması: şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, “Avrasiya Hasilat Sənayesi” Bilik Mərkəzi tərəfindən təşkil olunan konfransda müvafiq dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirin əvvəlində Təbii Resursların İdarəedilməsi İnstitutunun direktoru Qalib Əfəndiyev, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov və SOCAR-ın keçmiş rəhbəri, iqtisadçı Sabit Bağırov açılış nitqi ilə çıxış ediblər.
Tədbir çərçivəsində iki sessiya keçirilib. Sessiyalarda “SOCAR: İdarəetmə, hesabatlılıq, şəffaflıq”, “Fiskal qaydalar: imkanlar və risklər”, “Təbii Resursların İdarəedilməsi İndeksi (RGI): Azərbaycan üçün dərslər”, “Açıq Büdcə İndeksi (OBS): Azərbaycan üçün dərslər” mövzularında hesabatlar təqdim edilib.
“SOCAR: İdarəetmə, hesabatlılıq, şəffaflıq” mövzusunda hesabat təqdim edən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin ekspert qrupunun üzvü Samir Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin missiyası və məramı haqqında məlumat verib. O qeyd edib ki, SOCAR-ın missiyası Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.
Hesabatda həmçinin tövsiyələr öz əksini tapıb. Tövsiyələrə əsasən, şirkәtin tәşkilati hüquqi-formasının dәqiqlәşdirilməsi və idarәçilikdə korporativ idarəetmə standartları tәtbiqi edilməli, şirkətin tәşkilati-hüquqi formasının mövcud “dövlət müəssisәsi” statusundan tәsərrüfat cәmiyyәti forması olan və səhmlәri dövlәtә məxsus səhmdar cәmiyyəәti statusuna keçid təmin edilməli, şirkәtin korporativ idarәetmә standartlarını tәtbiq edilməlidir. Bunun üçün Nizamnamәyә dәyişikliklər edilәrәk idarəetmə strukturu dəyişilməli, şirkətin orta (5 illik) vә uzun müddətli (15-20 illik) dövrə hədəәflәnmiş vahid İnkişaf Strategiyası işlәnib hazırlanmalıdır.
Daha sonra Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin ekspert qrupunun üzvü Rövşən Ağayev “Fiskal qaydalar: imkanlar və risklər” mövzusunda hesabatla çıxış etdi. Fiskal qaydanın tәqdim etdiyi imkanlar haqqına danışan R.Ağayev bildirib ki, xәrclәrin limitləşdirilməsi kontrtsiklik siyasәtә keçid baxımından gözlənilәn nәticәni әldә etmәyə imkan verə bilәr. Sabit xərclәməlәrin xam neftin birja qiymətlərindən asılı olmayaraq maliyyə sistemini qiymət-xәrc spiralından kәnarda saxlaması mümkündür. Lakin qanunda xәrclərin nominal artımı nəzәrdә tutulur, halbuki real artım əsasında limitləşdirmə iqtisadi baxımdan daha doğru yanaşma olardı, çünki illik 13-15% inflyasiya olduğu şәraitdə nominal olaraq xərclәrin 3% artması xərclərin real olaraq 12% azalması demәkdir. Xәrclərin neft gəlirlәri hesabına artımının qarşısını almaq hәdәflәnirsә, bu mәsәlədə mәqbul çıxış yolu gəlirlәrin büdcәdә payının limitlәşdirilmәsi ola bilər.
Tədbirdə “Təbii Resursların İdarəedilməsi İndeksi (RGI): Azərbaycan üçün dərslər” mövzusunda hesabat təqdim edən İ.Əhmədov bildirib ki, İndeksdə qiymətləndirilәn әksәr ölkәlərdən fәrqli olaraq, təcrübәdə məlumatın açıqlanması indikartorları üzrə Azərbaycan qanunvericilik üzrə indikatorlardan daha yüksәk ballar alıb. Bunun әsas səbәbi mәlumatın böyük hissәsinin MHŞT hesabatlılığı çәrçivəsindә açıqlanması olub.
İ.Əhmədovun sözlərinə görə, Azərbaycanın İndeksdә göstәricilәri hasilat sektoru üzrə qәrarvermә sistemində olan qeyri-müntәzəmliklə xarakterizə olunur. Ballar lisenziya verilmә üzrə zəif göstәrici olan 100-dәn 28 baldan, dövlәt müәssisәlərin idarəedilmәsi üzrə kafi 100-dәn 70 bala qədər dәyişir. Lisenziya verilmə prosesi SOCAR tərәfindәn idarә olunur. SOCAR dövləti tәmsil edәrək hasilatın pay bölgüsü (HPB) sazişlәrinin şәrtlәrini şirkәtlәrlə razılaşdırır, hasilatın pay bölgüsü sazişlәrinin tam mәtnlәri açıqlanmır.
Əlverişli mühit haqqında danışan İ.Əhmədov bu göstəricilər arasında demokratiya və hesabatlılığı, hökumәtin effektivliyini, hökumәtin tәnzimlәyici alәtlərinin keyfiyyәtini, qanunların aliliyini, korrupsiyaya nəzarәti, siyasi stabillik və zorakılığın olmamasını qeyd edib.
O bildirib ki, hökümәtin neft vә qaz gәlirlәrinin idarəedilməsi üzrə uzunmüddətli strategiyası xәrclәmə qaydalarını tәmin edir.
O qeyd edib ki, Neft Fondu idarәetmənin avanqardı kimi daha tәşəbbüskar olmalı vә əsas etibarı ilә qanunlara əsaslanan prinsiplərlә idarә edilmәlidir. O bildirib ki, Vətәndaş Cəmiyyəti Azәrbaycanın MHŞT-dən çıxmasına baxmayaraq, hasilat sәnayesindә şəffaflıq missiyasını davam etdirməlidir.
Tədbir təqdim olunan hesabatlar ətrafında müzakirələrlə davam etdirilib.