Almaniyanın “Rheinmetall” konserni yaxın günlərdə Ukraynada tankların təmirinə başlayacaq.
“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə konsernin idarə heyətinin rəhbəri Armin Papperger bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynadan olan 12 mütəxəssis Almaniyada təhsil alır, daha 12 nəfər isə sonradan təlim kəçəcək.
Xatırladaq ki, daha əvvəl “Rheinmetall” yeni nəsil “Luna NG” hava kəşfiyyat sisteminin Ukraynaya təhvil verildiyini elan edib.