Ermənistanın ikinci prezidenti Robert Köçəryan azadlığa buraxılıb. Türk.az erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Apellyasiya Məhkəməsi qərar verib. Aleksandr Azaryanın hakimliyi ilə keçirilən məhkəmə prosesinin üçüncü günündə məhkəmə şikayəti təmin edib.