İran Prezidenti Həsən Ruhani parlamentdə iqtisadi problemlərlə bağlı deputatların suallarını cavablandıracaq.
Türk.az xəbər verir ki, bu barədə məlumat Ruhaninin İran parlamentinin spikeri Əli Laricaniyə ünvanlandığı məktubunda yer alıb.
“Prezidentin dindirilməsi üçün minimum iki bəndə əməl edilməlidir. Birincisi, bu dindirilmə konstitusiya əsasında olmalıdır, ikincisi isə dindirilmə doğru zamanda olmalıdır. Təəssüf ki, bu tələblərdən heç birinə əməl edilməyib. Hakimiyyətin qolları arasındakı istənilən ziddiyətdən qaçmaq və İslam Məşvərət Şurasına hörmət göstərmək üçün mən təyin olunan vaxtda parlamentə gedəcəyəm”,- deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ruhani ölkədəki iqtisadi problemlərlə bağlı açıqlama verməsi üçün parlamentə dəvət edilmişdi.