Ruhi xəstəxanada eşq macərası – Sensasiyalı hadisə

ABŞ-da Lova əyalətinin ruhi-əsəb dispanserində gözlənilməz hadisə baş verib.

Teleqraf.com-un məlumatına görə, polisə daxil olan iki şikayətin araşdırılması zamanı bəlli olub ki, iki tibb bacısı müalicə alan xəstələrlə cinsi əlaqəyə girib.

26 yaşlı Meqan Mariya Penni və 23 yaşında olan Poiq Linn həbs edildikdən sonra hadisənin təfərrüatları bəlli olub.

Məhkəməyə çıxarılan və 2 min dollar cərimə qarşılığında sərbəst buraxılan qadınlar xəstələrə baxdıqları zaman onlarla eşq macərası yaşayıb.

Lova bələdiyyəsinin nümayəndəsi bildirib ki, ötən ay iki xəstənin yoxa çıxması haqda informasiya alıblar: “Araşdırmaya başlayanda xəstələrin onlara qulluq edən qadınlarla eşq yaşadığı bəlli oldu. Ruhi xəstələrlə cinsi əlaqəyə girən hər iki xanımın sonradan uşağı olub”.


Müəllif: Cavad
ƏvvəlkiLavrov ABŞ və Şimali Koreya liderlərinin gözlənilən görüşünü şərh edib
NövbətiMəmur qızının nişanını qaytardı, pulunu da alıb… – Bakıda olay