Rumıniyada zəlzələ baş verib

Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Rumıniyanın Yerin Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutunun məlumatına görə, zəlzələ ölkənin cənub-qərbində, Qorj rayonunun Olteniya bölgəsində 13,2 kilometr dərinlikdə baş verib.

 

ƏvvəlkiLaçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da şüarlar səsləndirirlər
NövbətiRusiyada qaz kəmərində partlayış olub