Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır

Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.

Türk.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Diplomat qeyd edib: “Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur”.

Əvvəlkiİlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
NövbətiDolu və leysan yağışları Gürcüstanda kənd təsərrüfatına ciddi ziyan vurub