“Eurovision-2016” mahnı müsabiqəsinin qalibi, Camala kimi tanınan ukraynalı müğənni Susana Camaladdinova Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
AZƏRTAC xəbər verir ki, Rusiya mediası bu barədə Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadla məlumat yayıb. Onun hansı maddə ilə axtarışa verildiyi deyilmir. Hüquq-mühafizə orqanları axtarışın Rusiya ordusu haqda yalan informasiyaya görə elan oluna biləcəyini bildirir.
Qeyd edək ki, Krım-tatar əsilli müğənni Camala 50 il ərzində Rusiyaya girişi qadağan edilən ukraynalı artistlərin siyahısına daxil edilib.