Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər cür kömək etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Rusiya və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı zamanı bildirilib.
Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan sərhədi və regionda nəqliyyat və iqtisadi əlaqələr üçün layihə fəaliyyətlərinin başlanması təsdiqlənib.