Rusiya hərbçiləri Donetsk vilayətində Konstantinovka şəhərini kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
“Konstantinovkanın atəşə tutulması nəticəsində azı 7 mülki şəxs yaralanıb”, – məlumatda deyilir.
Kirilenko qeyd edib ki, yaralananlar arasında 4 uşaq olub, onlardan biri sonradan dünyasını dəyişib.