Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirməsi nəticəsində ölənlərn sayı 10-a çatıb.
“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Sergey Lısak bildirib.
Onun sözlərinə görə, 6 nəfərin meyiti özəl müəssisənin dağıntıları altından çıxarılıb, daha 1 nəfərin axtarışı isə davam edir: “Raket zərbəsinin beşmərtəbəli yaşayış binasına düşməsi nəticəsində isə daha 4 nəfər ölüb, 28 nəfər yaralanıb”.
Xatırladaq ki, iyunun 14-ü Krivoy Roqda matəm elan edilib.