Futbolçular Aleksanr Kokorin və Pavel Mamayev Moskva şəhərində bir neçə dəfə dava saldıqlarına görə polis tərəfindən saxlanılıblar.
Onların 7 oktyabr tarixində ən azı 3 nəfəri döymə hadisəsi şəhər kameraları tərəfindən qeyd edilib. İlk öncə onlar dostları ilə birgə “Pekin” otelinin önündə Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsünü, bir qədər sonra isə Bolshoy Nikitskoy küçəsində yerləşən kafedə dövlət məmurlarını əzişdiriblər. İkinci insident zamanı Minpromtorqun direktoru Denis Pak və “NAMİ” dövlət elmi mərkəzinin rəhbəri Serqey Qaysin zərər çəkib.
Baş vermiş hadisələrə görə artıq cinayət işi açılıb. Kokorinin və Mamayevin çıxış etdikləri “Zenit” və “Krasnodar” komandalarının rəhbərlikləri öz oyunçularını cəzalandıracağı barədə söz veriblər.