Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda təqsirləndirilərək saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsi məlumat yayıb.
Timur İvanovun 1 milyon rubldan çox məbləğdə rüşvət aldığı bildirilir. Onun 15 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.