Rusiya Ukraynaya sanksiya tətbiq edəcək

Rusiya Prezidenti Vladimir Putin Kiyevin Rusiya vətəndaşlarına qarşı dostcasına olmayan davranışları səbəbindən ukraynalı şəxs və qurumlara qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, Kremlin rəsmi saytında dərc edilən fərmana əsasən, Rusiya hökumətinə iqtisadi tədbirlərin görülməsi üçün Ukraynanın şəxs və qurumlarının yer aldığı siyahı yaratmaq və məhdudiyyətlərin detallarının müəyyən edilməsi tapşırığı verilib.

Sonda qeyd edilir ki, Ukrayna Rusiya vətəndaşlarına qarşı addımlarından əl çəkərsə, sanksiyalar ləğv ediləcək.

ƏvvəlkiRusiya Prezidenti Vladimir Putin
NövbətiMetroda qatarların hərəkətində fasilələr yaranıb