Sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dekabrın 22-də Lavrovla Bayramov telefonla danışıblar. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.