İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvaya səfəri çərçivəsində Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O deyib ki, yanvarın 26-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrov ilə İran nüvə proqramı, Dağlıq Qarabağ ətrafında, Suriya və Əfqanıstanda, eləcə də İran körfəzi zonasında vəziyyəti müzakirə edəcəyi gözlənilir.