Rusiya və Özbəkistan prezidentləri Vladimir Putinlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək barədə qarşılıqlı iradənin olduğunu təsdiq ediblər.
Rusiya tərəfi Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.