Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində 1828-ci il Türkmənçay sazişi ilə bağlı xəbərdəki səhv aradan qaldırılıb.
”Report” xəbər verir ki, həmin materialın mətnindən “Şərqi Ermənistan” ifadəsi çıxarılıb.
Fevralın 22-də Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda qeyd edilir: “Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəssüf doğurur”.
“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, – bəyanatda vurğulanır.