Rusiyanın Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bunu şəhər sovetinin katibi Anatoli Kurtev teleqramda bildirib.
“Düşmən raketi açıq əraziyə düşüb. Təəssüf ki, bir kişi və bir qadın ölüb. Daha bir qadın yaralanıb. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, – o qeyd edib.