Rusiyada məhkəmə binasında atışma olub.
Türk.az xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.
Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, – hüquq mühafizə orqanlarından bildirilib.
Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb.