Qaraçay-Çerkeziyanın senatoru Rauf Araşukov Federasiya Şurasının yuxarı palatanın iclas zalında hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
32 yaşlı senatorun saxlanılmasından əvvəl iclas qapalı rejimə keçirilib, mətbuat nümayəndələrinin daxil olması qadağan edilib. İclas zalının girişi Federal təhlükəsizlik xidmətinin nümayəndələri tərəfindən nəzarətə götürülüb.