Rusiyalı turist Qobustan Qoruğunda qayalıqdan yıxılıb

Rusiyadan Azərbaycana gəzməyə gələn turist qayalıqdan yıxılaraq xəsarət alıb.

Türk.az-ın məlumatına görə, hadisə Qobustan Milli Tarix-Bədii Qoruğunda baş verib.

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğunda Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Sergey Jilnenko ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdırılib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiSonuncu sınaq imtahanında 5282 abituriyent iştirak edəcək
NövbətiTürk dilində yazılmış ilk “İsgəndərnamə” Bakıda