Rusiyada donuz qripinə yoluxma halları artıb.
AZƏRTAC xəbər verir ki, ölkənin 74 regionunda donuz qripi aşkar edilib. Ümumilikdə ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma bir həftə ərzində 23 faiz artıb. Moskvanın yoluxucu xəstəliklər klinikalarında təcili yardım maşınları, koronavirus pandemiyası dövründə olduğu kimi, saatlarla növbə gözləyir.
Vəziyyətlə bağlı, Rusiya səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır. Yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.