Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə bağlı özünün rəsmi “Twitter” səhifəsində başsağlığı verib.
AZƏRTAC xəbər verib ki, məlumatda deyilir: “Bu il oktyabrın 17-də raket hücumu nəticəsində yaralanmış 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakov oktyabrın 24-də Gəncə şəhər xəstəxanasında vəfat edib. Səfirlik mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.