Rusiyanın Beyrutdakı səfirliyinin ərazisi nəzarət altına alınıb

Livan ordusu və polisi Rusiyanın Beyrutdakı səfirliyi binasının olduğu ərazini nəzarət altına alıb.

Bu barədə Türk.az RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda səfirliyin olduğu ərazidə vəziyyət sabitləşib. Hərbçilər kütləvi qarışıqlıqların baş verdiyi ərazini bloklayıblar. Etirazçılar Livanın daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən ərazidən qovulub.

Daha əvvəl bildirilirdi ki, Rusiyanın Beyrutdakı səfirliyi binasının yerləşdiyi ərazidə etirazçılarla polis əməkdaşları arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı azı 35 nəfər xəsarət alıb. Onlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

ƏvvəlkiRamzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsindən gedib – FOTO
NövbətiABŞ və Çin ticarət razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlayıb