Rusiyanın bütün regionlarında mövcud liderlər seçkidə qalib gəliblər

Rusiyada sentyabrın 8-də keçirilmiş seçkinin ilkin səsvermə nəticələrinə görə, region başçısı və qubernator vəzifələrini müvəqqəti icra edən şəxslərin hamısı seçkidə qalib gəlib.

Bu barədə Türk.az “İnterfaks”a istinadən xəbər verir.

Qeyd edək ki, dünən Rusiyada ümumxalq səsverməsi günü olub. Ölkədə müxtəlif səviyyələrdə – Dövlət Dumasının deputatları, federasiyanın 16 subyektinin rəhbərləri, habelə 13 regionda yerli qanunverici orqanların üzvləri səviyyəsində kampaniyalar keçirilib.

ƏvvəlkiBakıda köşkdə işləyən şəxs bıçaqla hədələnərək 650 manat pulu alınıb
NövbətiAzərbaycan Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq – EKSKLÜZİV