Rusiyanın müdafiə naziri: “Təyyarəmizin vurulmasını cavasız qoymayacağıq”

“Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq, bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”.

Türk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib.

Lakin o, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə gecən gecə Aralıq dənizi üzərində Rusiyanın “İl-20” tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

ƏvvəlkiRusiya prezidenti Vladimir Putin “İl-20” təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş “Su-24″lə müqayisə edilməməsinə çağırıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. “Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb”, – V.Putin deyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək. Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın “İl-20” təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.
NövbətiMüdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb