1 Mart, 2024- cü il tarixində saat 15:00-da 1-ci Qarabağ müharibəsi məzarsız şəhid Məstalı İxtiyar oğlu Əliyevin anım günü ilə əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə təşkiltçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə şəhidin ailəsi, yaxınları, sinif yoldaşları, silahdaşları və bir çox digər qonaqlar iştirak etdilər.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı giriş sözü ilə çıxışa başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət himni səsləndirildi. Məstalının həyat hekayəsi barədə videorolik təqdim edildi.
Çıxış üçün ilk söz şəhidimizin sinif rəhbəri Aftandil müəllimə verildi. Müəllim öz şagirdi haqqında danışdı.
Döyüş yoldaşlarından Fariz Qəhrəmanov, Elçin Məmmədov, Həmid Mahmudov
Məstalı haqqnda, onun nə qədər mərd, ürəkli, sözünə sadiq bir dost olduğunu söylədilər.
Məstalı ilə eyni hərbi hissədə xidmət etmiş Nazilə xanımın xidmət yoldaşı haqqnda danışıqları hər kəs üçün maraqlı oldu.
Varis bəy, Ceyhun bəy, Şahin bəy Məstalı Əliyevlə eyni sinifdə oxumuş, uşaqlıq illərinin ən xoş çağlarını paylaşmışdılar. “Bağışlayın, deyirlər kişilər ağlamaz, amma bizi dostumuzu göz yaşısız xatırlaya bilmirik.
Onun istədiyi qız var idi. Amma ürəyini aça bilmədi sevdiyi qıza. .. ” deyərək, bizlərlə də həm xatirələrini, həm də göz yaşlarını paylaşdılar…
Ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov da Əliyevlər ailəsinin digər döyüşçü oğulları, Ülfət, Fərrux haqqında, onların döyüş yollarından söz açdı, şəhidimizin xatirəsini uca tutanlara öz təşəkkürünü bildirdi.
Şair Sona Əli Məstalı həsrətiylə yaşayan Pakizə ana ilə bağlı uşaqlıq xatirəsini dilə gətirdi.
Lalə İsmayıl,
Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü