Gəncə Şəhər Baş Polis İdarəsinin binasının qarşısında şəhid polislərlə vida mərasimi keçirilir.
Report-un məlumatına görə, mərasimdə Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, polis əməkdaşları, İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.