İyulun 1-də Bakıda Səhiyyə Nazirliyi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, sənədi səhiyyə naziri Teymur Musayev və konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov imzalayıb.
Memorandum dövlət və özəl sektorlar arasında əməkdaşlığı gücləndirəcək, eləcə də bu sahənin gələcək inkişafına xidmət edəcək.