Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul” rol alıb

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin ən çox izlənən “Diriliş Ərtoğrul” çoxseriyalı filmində rol alıb.

Filmin bu mövsüm açılış bölümündə Şəmistan Əlizamanlı Toy səhnəsində özünün məşhur “Tanrı Türkə yar olsun!” mahnısını səsləndirib.

QAZİLER.AZ saytına açıqlamasında Ş.Əlizamanlını bildirib ki, bir müddət əvvəl filmdə çəkilişə dəvət alıb. Dəyərli sənətçimiz ötən ay bu məqsədlə Türkiyəyə səfər edib və çəkilişləri olub.

Əldə etdiyimiz məlumata görə, sənətçimiz Türkiyədə digər layihələrdə də yer ala bilər. Ona müəyyən təkliflər olub.

Əvvəlkiİlham Əliyev “Bravo” marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
NövbətiBaş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib