Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumatına görə,Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir 

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 209 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.

ƏvvəlkiNovruz Həsənov dünyasını dəyişdi
NövbətiLoqo