Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar “Buta Airways”in “J2 9103” saylı aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub. Vəziyyəti pisləşən sərnişin tibb əməkdaşlarına təhvil verildikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.